Əmrə Beləzoğlu koronavirusa görə milli karyerasını bitirdiyini açıqlayıb

“Fənərbaxça”nın yarımmüdafiəçisi Əmrə Beləzoğlu milli karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu veteran futbolçu özü bildirib.

Karyerasını “Fənərbaxça”da başa vurmaq üçün mövsümün əvvəlində “Başakşəhər”dən “sarı-lacivərdlilər”ə keçən 40 yaşlı oyunçu bu ilin yayında AVRO-2020-yə qatıldıqdan sonra yığmadan getməyi planlaşdırırdı. Lakin koronavirus pandemiyası səbəbindən turnirin gələn ilə keçirilməsi Əmrənin də planlarını pozub: “Avropa çempionatında iştirak etməyi çox istəyirdim. Amma qismət deyilmiş. Özüm üçün üzülsəm də, zədəli olan yığmanın digər üzvlərinə görə sevinirəm. Gələn il hamısı oynayacaq və bütün dünya Türkiyə yığmasından danışacaq”.

Qeyd edək ki, Əmrə Beləzoğlu 2000-ci ildən bəri Türkiyə millisinin heyətində 101 oyun keçirib, 9 qola imza atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanda 736 nəfər koronavirusa yoluxub-

Sonrakı məqalə

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub