Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Əmtəə təyinatlı yüklərin daşınmasına nəzarət gücləndirilir

User 09 Oktyabr 2023 - 13:54 (Last updated: 21 May 2025 - 20:15)
16968417841278925_1200x630

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

AYNA-dan bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı yükdaşıma müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilməlidir. Bu sənədlə rəsmiləşdirilməyən əmtəə təyinatlı yüklərin daşınmasına yol verilmir. Bununla əlaqədar elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi ilə bağlı qaydalar müəyyən edilib.

“AYNA” informasiya sistemi çərçivəsində tətbiq edilməsi nəzərdə tutulan elektron əmtəə nəqliyyat qaiməsi yük daşımalarında tərtib edilən sənədlərin elektronlaşmasını nəzərdə tutur. Bu sənədin elektronlaşması yükgöndərən, daşıyıcı və yükalanı vahid elektron məkanda əlaqələndirməklə onların resurslarına qənaət etmək imkanı verəcək. Əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtibi, həmçinin yük daşımalarında şəffaflığın artırılması üçün də geniş imkanlar yaradacaq.

Hazırda elektron əmtəə-nəqliyyat qaiməsi sisteminin hazırlanması istiqamətində işlər yekunlaşmaqdadır. Hazırlanan sistemin İqtisadiyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq sistemləri ilə inteqrasiyası təmin edilib.

Sistem çərçivəsində daşıma haqqının elektron qaydada ödənilməsi imkanları da yaradılacaq.

Post navigation

Previous: İsrail ordusu Qəzzada yaşayış məntəqələrinə nəzarəti bərpa edib
Next: Şeyxülislam Qazaxıstana gedir

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
İqlim dəyişikliyi təkcə temperatur və dünya okeanının səviyyəsinə deyil, Yer kürəsinin formasına da təsir göstərir. Yeni araşdırmaya...
Read more about Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.