Ən yüksək hərbi xərcləri olan ölkələr- İlk beşlik"də kimlər var? (RƏQƏMLƏR)

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu SIPRI-nin araşdırmasına görə, Rusiya ən yüksək  hərbi xərcləri olan ilk beş ölkə arasında sonuncudur.

Azpost.info xəbər verir ki, Rusiyada 2022-ci ildə hərbi ehtiyaclara 72 milyard dollar xərclənib. Səudiyyə Ərəbistanı və Hindistanda xərclər bir qədər yüksəkdir – müvafiq olaraq 73 milyard və 81 milyard dollar.

Çin 2022-ci ildə hərbi ehtiyaclara 298 milyard dollar xərcləyib, reytinqin lideri isə 811,6 milyard dollar xərcləyən ABŞ-dır.

Bu reytinqdə Ukrayna 11-ci yeri tutub. Kiyev hərbi təyinatlı mallara 44 milyard dollar xərcləyib, lakin bu məbləğ ÜDM-in 33,55 faizini təşkil edib.

Rusiyanın il ərzində xərcləri ÜDM-in 4,06 faizini təşkil edib. Reytinqin lideri olan ABŞ ÜDM-in cəmi 3,45 faizini, Çin isə 1,6 faizini müdafiə ehtiyaclarına xərcləyib.

Azpost.info

Əvvəlki məqalə

İspaniya Baş naziri Kiyevə gəlib

Sonrakı məqalə

Prokurorluq Gəncədə kişinin arvadını bıçaqlaması ilə bağlı məlumat yayıb