Əqli Mülkiyyət Agentliyi: Bu ilin ilk beş ayı ərzində 423 əsər qeydiyyatdan keçirilib

2021-ci ilin ilk beş ayı ərzində Əqli Mülkiyyət Agentliyi tərəfindən 156 müəllifin və hüquq sahibinin 423 əsəri, o cümlədən elektron qaydada 103 müəllifin 164 əsəri qeydiyyatdan keçirilib.

Qeyd olunub ki, cari ilin ilk 5 ayı ərzində Agentliyin nümayəndələri 20-dən artıq iş üzrə 40-dan çox məhkəmə iclasında iştirak ediblər.

Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 132 nömrəli Qərarının icrasını təmin etmək məqsədilə, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalçıları tərəfindən ödəniləcək qonorarın məbləğini müəyyən etmək üçün 2021-ci ilin birinci rübü üzrə həmin avadanlıqların və maddi daşıyıcıların idxalçıları və müvafiq idxal həcmi barədə məlumatların Agentliyə təqdim olunması üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qaradağda yük maşınlarından akkumlyator oğurlayan dəstə üzvləri saxlanılıb –

Sonrakı məqalə

İsraildə maska tələbi bərpa olunur