Ərdəbil azad olunmuş ərazilərin bəprasında iştirak etmək istəyir –"Ərdəbil Qələbəni böyük sevinclə qarşıladı" (Vali Əkbər)

Yanvarın 4-də İran İslam Respublikasının Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu və vilayətin bir sıra rəsmiləri Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində görüş keçiriblər.

Azpost.info Azərtac-a istinadən xəbər verir ki, vali Əkbər Behnamcu Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. Vali Qarabağ müharibəsində ölkəmizin qazandığı tarixi Qələbəni Ərdəbil sakinlərinin də böyük sevinclə qarşıladıqlarını söyləyib. Ərdəbil vilayətinin Azərbaycan Respublikasının işğaldan azad olunmuş əraziləri ilə həmsərhəd olduğunu vurğulayan vali, bərpa və yenidənqurma işlərində iştirak etməyə, həmçinin hərtərəfli dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.

Səfir Bünyad Hüseynov təbrikə görə minnətdarlığını bildirib, 44 günlük Vətən müharibəsi dövründə İran rəsmilərinin, xüsusilə də Ali Rəhbər Seyid Əli Xameneinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatının dövlətimiz və xalqımız üçün çox dəyərli olduğunu vurğulayıb.

Görüş zamanı, eyni zamanda, Azərbaycan ilə İran arasındakı iqtisadi-ticarət münasibətlər, tranzit əlaqələri və sərhədyanı ərazilərdə icrası nəzərdə tutulan birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İğdırdan göndərilən yardım dolu yük maşını Bakıya gəldi –

Sonrakı məqalə

Tofiq Zülfüqarovla Vaqif Hacıbəyli arasında qalmaqal –