Tofiq Zülfüqarovla Vaqif Hacıbəyli arasında qalmaqal –“Rusiyanın təsir agentidir...Məhkəməyə verəcəyəm”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli arasında qalmaqal yaranıb.

Azpost.info bildirir ki, sabiq nazirin Dağlıq Qarabağdakı Rusiyalı sülhməramlılarla bağlı yazdığı statusunu kəskin tənqid edib və Tofiq Zülfüqarovu “Rusiyanın təsir agenti” adlandırıb: “Tofiq Zülfüqarovun Rusiya “sülhməramlıları” barəsində vicdanlı yanıldığını düşünürdüm. İndi görürəm ki, onunla bağlı vicdanlı yanılan mən özüməm. Adam nümayişkaranə şəkildə Rusiyanın təsir agenti kimi fəaliyyətini məqsədli şəkildə davam etdirməkdə, ictimai rəyi çaşdırmaqla Rusiya meyilli qüvvələri ideoloji cəhətdən istiqamətləndirməkdədir”.

Sabiq nazirin Vaqif Hacıbəyliyə cavabı geçikməyib. T.Zülfüqarov partiya sədrini ona böhtan atmaqda ittiham edib və məhkəmə ilə hədələyib: “Mənə açıq şəkildə böhtan atırsınız. Bu isə cinayət məsuliyyəti daşıyan əməldir. Əgər siz bu yazınızı silməsəniz, mən skrin edib sizi məsuliyyətə çəkə bilərəm. Çünki subutsuz məhkəmədə mənə uduzacaqsınız. Özünüzə hörmət edin, yalan və böhtan yaymayın. Siyasi polemika mədəniyyətinə riayət etməyinizi tələb edirəm”.

Qeyd edək ki, sosial şəbəkədə Rusiya sülhməramlıları barədə müxtəlif mövqeləri əks etdirən müzakirələr gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdəbil azad olunmuş ərazilərin bəprasında iştirak etmək istəyir –

Sonrakı məqalə

DİN Qəbələdə atəşfəşanlığa görə dava düşməsi xəbərini təkzib etdi: