Ərdəbilin orta məktəblərində Azərbaycan dili tədris olunacaq –İranlı deputat açıqladı

Cari dərs ilindən başlayaraq İranın Ərdəbil vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi həyata keçiriləcək.

Azpost.info Azərtac-a istinadən xəbər verir ki, bu barədə Ərdəbil vilayətinin İran İslam Şurası Məclisindəki (parlament) təmsilçisi Sadif Baadi məlumat verib.

O bildirib ki, 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra ölkə konstitusiyasında dəyişikliklər edilib. Konstitusiyanın 15-ci maddəsində göstərilib ki, İranda dövlət dili fars dilidir. Bununla yanaşı, milli azlıqlar da doğma dillərində təhsil almaq hüququna malikdirlər.

Deputatın sözlərinə görə, İran konstitusiyasına əsasən Ərdəbil vilayətindəki bir sıra orta ümumtəhsil məktəblərində bu ildən başlayaraq Azərbaycan dili tədris olunacaq.

Xatırladaq ki, İranın Ərdəbil vilayəti azərbaycanlıların kompakt şəkildə yaşadıqları vilayətlərdəndir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir