Ərdoğan ABŞ-da İlon Maskla görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində amerikalı sahibkar İlon Maskla görüşəcək.

Azpost.info TGRT Haber telekanalına istinadən bildirir ki, onlar bir sıra mühüm məsələləri müzakirə edəcəklər.

Bunlardan biri Maskın Türkiyəyə planlaşdırdığı investisiyalar olacaq. Bundan başqa tərəflər Twitter (indiki X) sosial şəbəkəsindən istifadə edərək Türkiyənin siyasi həyatına müdaxiləsi ilə bağlı keçmiş insidentləri müzakirə edə bilərlər.

“BMT Baş Assambleyasının sessiyasında iştirak üçün ABŞ-a gedən prezident Ərdoğanın sıx diplomatik proqramı var”, – deyə telekanalın jurnalistləri qeyd ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.