Ərdoğan bu gün Türkiyə hökumətinin iclasını keçirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün hökumətin Beştepedə keçiriləcək iclasına sədrlik edəcək.

“TRT Haber” xəbər verir ki, iclasın gündəliyində əsas yeri xarici siyasət sahəsində görülən işlər tutur. Bununla yanaşı, ölkənin iqtisadiyyatı, terror qarşı mübarizə məsələləri də müzakirə ediləcək.

İclasdan sonra Türkiyə Prezidenti açıqlama verəcək.

Əvvəlki məqalə

İyulun 25-də MİQ üzrə vakansiya seçimi yekunlaşır

Sonrakı məqalə

Valyuta məzənnələri