Ərdoğan deputatlarla “taxıl sazişi”n müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinin bir qrup deputatı ilə işgüzar səhər yeməyində görüşüb.

Azpost.info xəbər verir ki, görüş hakim İnkişaf Ədalət Partiyasının Ankaradakı baş ofisində keçirilib.

Müzakirələrin gündəliyində duran məsələlər arasında “Türkiyə Cümhuriyyətin yüzilliyi” konsepsiyası fonunda 2023-cü il seçkilərinə hazırlıq da olub.

Görüşdə “taxıl sazişi” ətrafında son proseslər də müzakirə olunub. Ərdoğan deputatlara Ankaranın bu məsələ ilə bağlı səyləri barədə məlumat verib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan komandoslarının xüsusi təlimi keçirilib –

Sonrakı məqalə

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev istintaqa cəlb edilib