Ərdoğan G-20 sammiti ərəfəsində Rusiyaya səfər edə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 9-dan 10-dək Yeni Dehlidə keçiriləcək G-20 sammiti ərəfəsində Rusiyaya səfər edə bilər.

Azpost.info xəbər verir ki, bu barədə “DW Türkçe” məlumat yayıb.

Nəşr yazır ki, Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan məhz həmin vaxt Moskvada görüşə bilər.

“Rusiya və Türkiyə tərəfləri Rusiyada baş tuta biləcək danışıqlar mövzusu ilə bağlı artıq təmasdadırlar”, – məlumatda  qeyd olunub.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan şahmatçısı olimpiadada qızıl medal qazanıb

Sonrakı məqalə

“Borrelin Rusiyaya qarşı təhqirləri paxıllıq və çarəsizliklikdən qaynaqlanır”