Ərdoğan həkimlərin məsləhəti ilə görüşlərini ləğv etdi- Onu Fuad Oktay əvəz edəcək

Dünənki canlı yayımda özünü pis hiss edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günə planlaşdırılan görüşlərdə iştirak etməyəcək.

Azpost.info xəbər verir ki, Türkiyə lideri bu qərarı həkimlərin məsləhəti ilə verib. Onun əvəzinə tədbirlərdə Türkiyənin vitse-prezidenti Fuad Oktay iştirak edəcək.

Türkiyə prezidenti bu gün Kırıkkale, Yozqat və Sivas vilayətlərində çıxış etməli idi.

Aprelin 25-də Rəcəb Tayyib Ərdoğan canlı yayımda televiziya müxbirlərinin suallarını cavablandırarkən özünü pis hiss edib. Canlı yayım 20 dəqiqəlik dayanıb və bərpa edildikdən sonra prezident jurnalistlərə soyuqladığını deyib.

Prezidentin nümayəndəsi İbrahim Kalın bildirib ki, dövlət başçısının səhhəti ilə bağlı hər şey qaydasındadır.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan XİN Kanadanın xarici işlər nazirinə cavab verib

Sonrakı məqalə

Azərbaycanda yeni müavinət növləri təsis edilir