“Ərdoğan kimi etibarlı tərəfdaşla işləmək xoşdur” –Putin türk lideri ilə müansibətindən danışdı

“Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı. Belə etibarlı tərəfdaşla işləmək xoşdur”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Valday klubunda görüşü zamanı deyib.

“Ərdoğan dedi biz bunu reallaşdıracağıq, biz də elədik. Digər sahələrdə əməkdaşlıq edirik. Mən bilirəm ki, Ərdoğan müstəqil xarici siyasət yürüdür. Bütün təzyiqlərə baxmayaraq biz onunla çox qısa zamanda “Türk axını” layihəsini reallaşdırdıq. Amma Avropa ilə indiyə qədər bunu edə bilmirik, illərdir mövzu çeynənir. Avropa elementar müstəqllik və suveren iradə göstərib ona xeyir gətirəcək “Şimal axını-2” layihəsini reallaşdıra bilmir. Biz öz milli maraqlarımızı başa düşərək Türkiyə ilə bunu tez bir vaxtda elədik”-deyə Putin vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır” –

Sonrakı məqalə

“Azərbaycanın ərazisinin itirilməsi əbədi davam edə bilməz” –