“Azərbaycanın ərazisinin itirilməsi əbədi davam edə bilməz” –PUTİNDƏN SENSAİON AÇIQLAMA

“Qarabağ münaqişəsi təkcə ərazi uğrunda dövlətlərarası münaqişə kimi başlamayıb. Münaqişə etnik qarşıdurma zəminində başladı. Bu vəziyyət, Azərbaycanın ərazisinin əhəmiyyətli hissəsinin itiriməsi əbədi davam edə bilməz”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Valday klubunda çıxışı zamanı bildirib.

Putinin sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsində özünün xüsusi məsuliyyətini hiss edir, amma ona ABŞ, Fransa tərəfdən dəstək tələb olunur.

“Regionda qrup formatını dəyişmək olarmı?” sualına Putin “yox” cavabını verib. Sonra əlavə edib: “Bununla bağlı nəsə dəyişmək olarmı? Mən bilmirəm. Ola bilər formatı necə bir az dəyişmək olar”.

Putin deyib ki, Moskva bu münaqişədə özünün xüsusi rolunu hiss edir.

V.Putin onu da bildirib ki, Rusiya Dağlıq Qarabağa dair kompromis tapmaq istəyir. Rusiyalı liderin sözlərinə görə, o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla gün ərzində bir neçə dəfə telefonla danışır: “Mən çox istərdim ki, Dağlıq Qarabağla bağlı bu kompromis tapılsın”.

Rusiya Prezidenti bildirib ki, “bu münaqişə dostlarımızla baş verir”.

V.Putin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin qarşıdakı Vaşinqton görüşünə də toxunub: “Həm Azərbaycanın, həm də Ermənistanın Xarici İşlər nazirləri bir daha Moskvaya gəldilər. Oktyabrın 23-də Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmrəylik göstərəcək və nizamlanmaya kömək edəcəklər. Ən yaxşısına ümid edək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ərdoğan kimi etibarlı tərəfdaşla işləmək xoşdur” –

Sonrakı məqalə

Şair, bəstəkar İsmayıl Dadaşov vəfat edib