Ərdoğan Mərkəzi Bankın rəhbəri və maliyyə naziri ilə 5 saat lirəni müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İstanbulda ölkənin Mərkəzi Bankının rəhbəri Şahap Kavçıoğlu, xəzinə və maliyyə naziri Nurəddin Nebati və dövlət banklarının rəhbərləri ilə görüşüb. Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Məlumata görə, görüş İstanbulun Üsküdar rayonunda yerləşən prezident iqamətgahında baş tutub və 5 saata yaxın davam edib.

Görüşün bağlı qapılar arxasında keçdiyi qeyd edilir.

Dekabrın 13-də Türkiyə Mərkəzi Bankı türk lirəsinin bir ABŞ dolları üçün 15-ə düşərək rekord səviyyəyə enməsindən sonra müdaxilə edib. Reuters-in istinad etdiyi rəsmi məlumatları təhlil edən bankirlərin hesablamalarına görə dekabrın 1-dən etibarən Mərkəzi Bank tərəfindən ilk üç valyuta müdaxiləsi edilib və nəticədə 1,5-2 milyard dollar satılıb. Təsirli sərt valyutanın axını lirənin dekabrın 13-də ticarət sessiyasının sonuna kimi 13,8 səviyyəsinə qayıtmasına kömək edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir