Ərdoğan may ayında Azərbaycana səfər edəcək

Türkiyə prezidenti Ərdoğan may ayında Azərbaycana səfər edəcək. 

Azpost.info bildirir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) başqanı, Prof. Dr. Hasan Mandal AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə keçirdiyi görüşdə bildirib.

TÜBİTAK başqanı da iki ölkə arasında elmi əməkdaşlıq baxımından yüksək potensialın olduğunu deyərək bu sahədə hər iki tərəfdən beş alimin qatılımı ilə işçi qrupun yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu işçi qrup iki ölkənin elm adamlarının əməkdaşlıqları ilə bağlı plan hazırlaya bilər.

May ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gələcəyini və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini deyən Hasan Mandal tərəflərin əməkdaşlıq planının həmin vaxta qədər hazırlanıb ölkə başçılarına təqdim olunmasını məqsədəuyğun sayıb.

Akademik Ramiz Mehdiyev qeyd edib ki, iki ölkə arasında elm sahəsində əlaqələrin daha da dərinləşməsi üçün alimlərin qarşılıqlı səfərləri intensivləşməli və birgə araşdırmalar aparılmalıdır. Milli Elmlər Akademiyasının tərkibində 45 institutun olduğunu diqqətə çatdıran AMEA prezidenti əməkdaşlıq üçün böyük imkanların olduğunu deməklə iki ölkə alimlərinin birgə əməkdaşlığının elmə böyük töhfə verə biləcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Makron Putini Ukrayna ilə bağlı güzəştə razı saldı –

Sonrakı məqalə

Pensiya yaşının azaldılması müzakirə olunurmu? –