Ərdoğan Nazarbayevə zəng vurdu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, söhbət əsnasında Türkiyə lideri həmsöhbətini ad günü münasibəti ilə təbrik edib, ona cansağlığı və uzun ömür arzulayıb.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər, regional əməkdaşlıq və COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FİFA DÇ-2026 ilə bağlı qərarı təxirə salıb

Sonrakı məqalə

Pandemiya dünyada ağır iqtisadi fəsadlara yol açacaq –