Ərdoğan Putinlə nə vaxt görüşə biləcəyini- AÇIQLADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabrda görüşməyi gözlədiyini bildirib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, söhbət üzbəüz danışıqlardan gedir.

“Sentyabrda Hindistanda G20 və Birləşmiş Ştatlarda BMT Baş Assambleyasının iclası keçiriləcək. Bu gərgin mühitdə fürsət tapsaq, cənab Putinlə üz-üzə görüşüb danışacağıq”, – Ərdoğan deyib.

Bundan əvvəl Putin və Ərdoğanın Moskvada görüşə biləcəyi barədə məlumat yayılmışdı. Türkiyə prezidentinin sentyabrın 9-dan 10-dək Yeni Dehlidə keçiriləcək G20 sammitinə az qalmış Rusiyaya səfər edəcəyi bildirilir.

Azpost.info

Əvvəlki məqalə

Moskva təhlükəsizlik qüvvələrinə PUA-ları vurmamaq əmri verilib

Sonrakı məqalə

Azərbaycanda Özbəkistanın 78 şirkəti fəaliyyət göstərir