Ərdoğan və Putin Qəzzada baş verənləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, liderlər Qəzza zolağında baş verən hadisələri və koronavorusa qarşı “Sputnik V” vaksinin Türkiyəyə çatdırılması məsələsini müzakirə ediblər.

Ərdoğan Türkiyə və Rusiyanın Qüdsdə baş verənlərlə bağlı eyni mövqedən çıxış etməsinin önəmini vurğulayıb.

Türkiyə lideri böhran böyümədən BMT Təhlükəsizlik Şurasının məsələyə müdaxilə etməsinin və İsrailə hücumları dayandırmaq üçün qəti çağırışlar edilməsinin vacibliyini diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mahmud Əhmədinejat prezidentliyə namizədliyini irəli sürüb

Sonrakı məqalə

“Ayaks” çempionluq kubokunu əridib