Ərdoğan “WhatsApp”-dan imtina edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp”-dan istifadə etməkdən imtina edib.

APA-nın xəbərinə görə, bu barədə “Bloomberg” Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Buna səbəb “WhatsApp”- messencerinin konfidensiallıq siyasətini dəyişməsidir.

Hazırda Türkiyə Prezidentinin administrasiyası “Turkcell Iletisim Hizmetleri” AS-yə məxsus BiP əlavəsindən istifadə edəcək.  Türkiyə Prezidentinin mətbuat xidməti jurnalistləri də bu nümunədən istifadə etməyə çağırıb.

Bundan əvvəl ‘WhatsApp”  istifadəçilərinin məlumatlarının “Facebook”-la bölüşüləcəyi məlum olub. “WhatsApp”-ın səhmlərinə nəzarət edən “Facebook” belə qərar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Dağlıq Qarabağla bağlı Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib –

Sonrakı məqalə

Yaponiyada Britaniya və CAR-da yayılan yeni koronavirusun daha təhlükəli variantı aşkarlanıb