Yaponiyada Britaniya və CAR-da yayılan yeni koronavirusun daha təhlükəli variantı aşkarlanıb

Yaponiyada Böyük Britaniya və Cənubi Afrika Respublikasında yayılan yeni koronavirusun daha təhlükəli mutasiya etmiş variantı aşkar edilib.

Bu barədə ölkənin Milli Yoluxucu Xəstəliklər İnstitutunun mütəxəssisləri bildirib.

İnstitututun rəhbəri Takaji Vakitu qeyd edib ki, koronavirusun mutasiya etmiş yeni varinatı yanvarın 2-də Braziliyadan ölkəyə gələn 4 nəfərdə aşkar edilib.

“Yeni mutasiya Britaniya və CAR-da yayılan variantla oxşar olsa da daha yüksək yoluxucu olduğu üçün narahatlıq doğurur”, deyə Vakitu əlavə edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan “WhatsApp”-dan imtina edib

Sonrakı məqalə

Tramp Konqresdəki müttəfiqlərini impiçmenti dayandırmağa çağırıb