Ərdoğanla Merkel arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Hürriyet” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata əsasən, telefon danışığı zamanı yeni növ koronavirus infeksiyasına qarşı mübarizə və pandemiyadan sonrakı dövrdə atılacaq addımlarla əlaqədar əməkdaşlıq məsələləri müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əli bəy Hüseynzadənin qızı 101 yaşında vəfat edib

Sonrakı məqalə

Moskvada koronavirusdan ölənlərin sayı 366 nəfərə çatıb