Moskvada koronavirusdan ölənlərin sayı 366 nəfərə çatıb

Rusiya paytaxtında daha 41 nəfər koronavirusdan ölüb, bununla da şəhərdə virusdan ölənlərin ümumi sayı 366 nəfərə çatıb.

 “TASS” xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargah məlumat yayıb.

“Moskvada pnevmoniya diaqnozu qoyulmuş və koronavirus infeksiyasına yoluxma halı təsdiqlənmiş 41 xəstə ölüb, ölənlər 34-92 yaşlarındadır”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyada son sutkada 5849 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 68 622 nəfər təşkil edir. İndiyədək 615 nəfər də virusdan ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğanla Merkel arasında telefon danışığı olub

Sonrakı məqalə

Ərdoğan Türkiyə ermənilərinin patriarxına məktub yazıb