Ərdoğan və İlham Əliyev Şuşaya gələrkən avtomobildə nədən danışıblar? –Ərdoğan dağıntılardan heyrətə gəldi (VİDEO)

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan və onları müşayiət edən heyət Füzuli rayonundan Şuşaya gedərkən avtobusda tərəflər arasında səmimi söhbət baş tutub.

Müvafiq görüntüləri “Haber Global” yayımlayıb.

Əminə Ərdoğan yol boyu əkin sahələrinin, hətta otların da ermənilər tərəfindən yandırılmasından dəhşətə gəldiyini gizlədə bilməyib. Prezident İlham Əliyev isə bildirib ki, 30 ilik işğal ərzində Füzuli rayonunda bir bina belə salamat qalmayıb.

“Biz Füzulini işğaldan azad edərkən istədik ki, bir binaya bayrağımızı asaq. Dedilər ki, bina yoxdur. İndi özünüz də görəcəksiniz. Füzuli şəhərini tamamilə dağıdıblar”, – deyə dövlət başçısı qeyd edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir