Əriyən buzların altından 76 il əvvəl qəzaya uğrayan təyyarə çıxdı –FOTO

İkinci Dünya Müharibəsi dövründə İslandiyada qəzaya uğrayan B-17 tipli bombardmançı təyyarə 76 il sonra üzə çıxıb.

“Haber Global” məlumat verir ki, ABŞ-a məxsus təyyarənin üzə çıxmasına səbəb buzların əriməsi olub.

Dünyanın ən böyük probleminə çevrilən hava tempraturunun artması, karbon qazının çoxalması və buzlaqların əriməsi kimi iqlim dəyişikliyinin təsirləri davam edir.

kinci Dünya Müharibəsi dövründə İslandiyada qəzaya uğrayan ABŞ-ın strateji B-17 tipli bombardmançısı 16 sentyabr, 1944-cü ildə 10 nəfər heyət üzvü ilə buzlaqda qəzaya uğramışdı.

Zamanla buzlaqların əriməsi təyyarənin qalıqlarının 76 il sonra üzə çıxmasına səbəb olub. Qalıqlar ərazini araşdıran alpinistlər tərəfindən aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sentyabrın 25-dən ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır

Sonrakı məqalə

İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək –