“Əsgərin ərzaq payında siqaretlə təmin edilmə nəzərdə tutulmayıb, fərdi qaydada verilir” –MÜDAİFƏ NAZİRLİYİ

“Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin edilməməsi ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar”.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ərzaq payı normaları haqqında Nazirlər Kabinetinin müvafiq qərarında hərbi qulluqçuların tütün məmulatları ilə təmin edilməsi nəzərdə tutulmayıb.

“Bununla belə dövlət tərəfindən olunan humanitar yardımlar arasında müxtəlif növ siqaretlər də vardır ki, bunlar da tütün məmulatından istifadə edən hər bir hərbi qulluqçuya fərdi qaydada çatdırılır. Həmçinin Müdafiə Nazirliyi hərbi qulluqçuların valideynləri və yaxınlarına müraciət edərək bir daha bildirir ki, onları narahat edən məsələlərlə bağlı müraciətlərini sosial şəbəkələr vasitəsilə deyil, daha operativ həll olunması üçün nazirliyin sutka ərzində fasiləsiz fəaliyyət göstərən (012) 912, (012) 538-61-31, (012) 404-76-34 telefon nömrələri vasitəsilə bildirsinlər”, – deyə bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ, Rusiya və Fransa 30 il Qarabağ münaqişəsini həll edə bilmədi, Türkiyə töhfə verdi” –

Sonrakı məqalə

2021-ci ilin büdcə zərfi plenar iclasa tövsiyə olunub