“ABŞ, Rusiya və Fransa 30 il Qarabağ münaqişəsini həll edə bilmədi, Türkiyə töhfə verdi” –ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verdiklərini bildirib.

Parlamentdə Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxış edən Ərdoğan deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa 30 il müddətində Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyiblər.

“Azərbaycanlı qardaş və bacılarımız qaçqın vəziyyətinə düşdülər. Belə olan halda isə azərbaycanlı qardaşlarımız qərar verdilər və torpaqlarına qovuşdular”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir