1/4 final cütləri bəlli olub –

AVRO-2020
30 İyun 2021 - 08:05

AVRO-2020-də 1/4 final mərhələsinin bütün cütləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, sonuncu cütün tərkibi iyunun 29-dakı qarşılaşmalardan sonra dəqiqləşib.

1/4 finalın iyulun 3-də Romada baş tutacaq son matçında Ukrayna və İngiltərə qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, iki gün davam edəcək 1/4 finalın bir qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil ediləcək. Danimarka və Çexiya milliləri yarımfinala vəsiqə üçün mübarizə aparacaq.

AVRO-2020
1/4 final
2 iyul

20:00. Sankt-Peterburq. İsveçrə – İspaniya
23:00. Münhen. Belçika – İtaliya
3 iyul
20:00. Bakı. Çexiya – Danimarka
23:00. Roma. Ukrayna – İngiltərə