1 939 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib- BŞTİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 939 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, onlardan 1 029 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 910 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir. Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Əvvəlki məqalə

“Rusiyanın “taxıl sazişi”ndə iştirakının dayandırılması ilə bağlı bildiriş almışıq”

Sonrakı məqalə

TƏBİB quduz it dişləmiş uşaqla bağlı açıqlama yaydı