10-cu sinif şagirdi 12-ci mərtəbədən özünü atıb –Xırdalanda

Xırdalan şəhərində intihar hadisəsi baş verib. 

15 yaşlı Ülvi Ruslan oğlu Cəfərli özünü 12-ci mərtəbədən ataraq intihar edib. İlkin məlumata görə, Ü.Cəfərli həmin binada müəllim yanına gedirmiş. Onun sevdiyi qızla mübahisə etdiyi, sonradan özünü binadan atdığı bildirilir.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Ü.Cəfərli bir neçə il əvvəl itkin düşməsi ilə mətbuatın diqqət mərkəzində olub. Ü.Cəfərli hazırda 10-cu sinifdə oxuyurmuş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yerevanda Serj Sarkisyanın məhkəməsi başlayıb

Sonrakı məqalə

MSK sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək