Azərbaycanda qadın rektor və məktəb direktorlarının sayı açıqlanıb

Azərbaycanda 2021-ci ilin əvvəlinə dövlət qurumlarında qadın təmsilçilərin statistikası açıqlanıb.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitəsinin (CEDAW) sədr müavini Elgün Səfərov “Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum” vəsaitinin təqdimat mərasimində deyib ki, ölkədə 93 qadın hakim var: “Yerli icra hakimiyyəti başçının müavinlərindən 72-si, nazir müavinlərindən 8-i, yerli icra başçılarından isə 2-si (Abşeron və Sədərək rayonunun icra başçıları) qadındır”.

O, həmçinin 2020-2021-ci tədris ilinin əvvəlində qadın rektor və məktəb direktorlarının sayını açıqlayıb: “Azərbaycanda 8 qadın universitet rektoru, 15 qadın kollec, 9 qadın peşə təhsili, 1345 qadın isə ümumi təhsil müəssisələrinin direktorudur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sonrakı məqalə

Sabahın hava proqnozu