Təhsil naziri Emin Əmrullayev Abşeronda baş vermiş yeniyetmə qızların intiharı ilə bağlı münasibətini bildirib.
Azpost.info bildirir ki, nazir bu hadisədən kədərləndiyini yazıb: “Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”