Rusiyanın Türkiyədəki səfirini öldürən şəxslərə hökm oxundu –Üst-üstə iki ömürlük həbs, 6 nəfərə bəraət

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.

Ankarada keçirilən məhkəmədə Salih Yılmaz və Şahin Sögüt səfirin qatili Mövlut Mert Altıntaşa tapşırıqlar və təlimatlar verməkdə təqsirli bilinərək iki ömürlük həbs cəzasına məhkum ediliblər.

Təqsirləndirilən digər 3 nəfərə isə bir ömürlük həbs cəzası kəsilib.

Ankara məhkəməsi A.Karlovun qətli ilə bağlı təqsirli bilinən altı nəfərə bəraət verib, daha səkkiz nəfər 5 ildən 15 ilədək həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı ilin dekabrında Ankarada fotosərginin açılışı mərasimində qətlə yetirilib. Qatil Mövlut Mert Altıntaş hadisə yerində güllələnmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Abşerondakı 11-ci sinif şagirdlərinin intiharı araşdırılır” –

Sonrakı məqalə

Gəncədə ikinci orta məktəb Covid-19 infeksiyası səbəbəindən bağlanıb