"Su ehtiyatlarımız 10 faiz azalıb"

 

“İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımızın 10 faiz azalması müşahidə edilir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “İqlim dəyişmələri, su və gender” mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, ölkəmizdə gələcəkdə də su ehtiyatlarının azalması proqnozlaşdırılır:

“Araşdırmalar göstərir ki, iqlim dəyişmələrinə qarşı ən həssas sektor məhz su sektorudur. Gələcəkdə baş verə biləcək ciddi su qıtlığı problemlərini azaltmaq üçün sudan səmərəli istifadəyə dair qərarların qəbul olunmasında qadınların daha fəal iştirakının təmin olunmasını dəstəkləyirik. Hazırda Azərbaycanda su ehtiyatlarının qiymətləndirilməsi və dəqiq uçotunun aparılması məqsədilə hidroloji şəbəkə avtomatlaşdırılır. Son iki il ərzində dövlət investisiyası çərçivəsində respublikamızın əsas çaylarında 25 ən müasir hidroloji avtomat stansiya quraşdırılıb”.

U.Tağıyeva bu istiqamətdə işlərin davam etdirildiyini, 11 yeni stansiyanın quraşdırılmasının nəzərdə tutulduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xarici İşlər Nazirlyində Kolegiya iclası keçirilib

Sonrakı məqalə

Mədəniyyət Nazirliyi maliyyə pozuntularının aşkarlanmasına aydınlıq gətirib