Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi həbs edilib

 

Azərbaycan Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs olunub.

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov barəsində həbs qətimkan tədbirin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və C. Kazımov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

C. Kazımov 1 milyon manatdan çox mənimsəmədə ittiham edilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbəsi rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıb. Onların barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Dövlət Departamenti:

Sonrakı məqalə

COVID-19-a görə Yaponiyanın 16 prefekturasında fövqəladə vəziyyət rejiminin müddəti uzadılacaq