115 kubalı həkim kömək üçün Azərbaycana yola düşüb –FOTO

COVİD-19 virusu ilə mübarizə aparmaq üçün 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib.

Bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib.

Nazir bildirib: “Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək”.

B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir. (Kuba)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prokurorluq Bərdədə baş verən silahlı insidentlə bağlı məlumat yaydı

Sonrakı məqalə

Əsgərlikdən qayıdan oğluna məclis açan ata və 12 qonaq cərimələnib –