1,19 manata alıb, 29 manata Ərəbistana satmışıq

Balqabaq
Balqabaq

2025-ci ilin yanvar-mart aylarında Azərbaycana ümumilikdə 222,29 ton balqabaq, yunan qabağı və bu fəsilədən olan digər tərəvəzlər idxal olunub.

Valyuta.az xəbər verir ki, bu idxal üçün 155,61 min ABŞ dolları dəyərində vəsait xərclənib.

Məlumata görə, məhsullar əsasən İran İR-dən və Türkiyədən gətirilib. Ən çox 174,23 ton məhsul Türkiyədən idxal olunub. Bu da 121,96 min ABŞ dolları xərclə həyata keçirilib. Bu isə o deməkdir ki, Türkiyədən gətirilən 1 kiloqram balqabaq təxminən 0,70 dollara və ya 1,19 manata başa gəlib.

İrandan isə 48,06 ton məhsul idxal edilib və bu idxal üçün 33,64 min ABŞ dolları ödənilib. Bu da 1 kiloqram üçün Türkiyə ilə eyni qiymət – 0,70 dollar və ya 1,19 manat deməkdir.

Digər tərəfdən Səudiyyə Ərəbistanına 1 ton balqabaq ixrac olunub və bu satışdan 17,04 min ABŞ dolları gəlir əldə edilib. Beləliklə, ixrac edilən 1 kiloqram məhsulun dəyəri 17,04 dollar və ya təxminən 29 manat təşkil edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.