ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb

Son sutka ərzində ABŞ-da koronavirusdan 1423 nəfər ölüb. Bu, dünyada bir gün ərzində koronavirusdan ən yüksək ölüm statistikasıdır.

CNN xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin ən son hesabatında qeyd edilib.

Bildirilib ki, ölənlərin sayı arataraq 7 406 nəfərə yüksəlib.

Ölkə üzrə yoluxanların ümumi sayı 276995 nəfər olub. Hər gün orta hesabla 31782 nəfərin virusa yoluxduğu qeyd edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransada koronavirusdan ölənlərin sayı 6,5 min nəfəri keçib

Sonrakı məqalə

12 minə yaxın qurumun 158 min 170 əməkdaşına hərəkət icazəsi verilib