13 yaşlı uşaq təyyarənin şassi bölməsində Əfqanıstandan Dehliyə uçdu

Hindistan mediası nadir və təhlükəli hadisə barədə məlumat yayıb.

AzPost The Indian Express-ə istinadən bildirir ki, 13 yaşlı uşaq Kabildən Dehliyə təyyarənin şassi bölməsində gizlənərək uçub.

Məlumata görə, hadisə bazar günü səhər baş verib. Uşaq KAM Air aviaşirkətinə məxsus təyyarənin şassisinə dırmaşaraq, riskli səyahətə başlayıb. Kabul–Dehli reysi təxminən 94 dəqiqə davam edib.

Aviasiya mütəxəssisləri yeniyetmənin bu şəraitdə sağ qalmasına təəccübləndiklərini bildiriblər. Uçuş zamanı təyyarə 9-12 kilometr hündürlüyə qalxır, burada isə temperatur -50°C-yə qədər enə bilir. Bu cür ekstremal şəraitdə xüsusi avadanlıq olmadan yaşamaq faktiki olaraq mümkünsüz sayılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.