14 il sonra həbsdən çıxan məhbus utandığı üçün evinə qayıtmayıb –FOTO

Xəbər verdiyimiz kimi, Bakıda 14 il həbsdə olan şəxs azadlığa çıxdığı gün itkin düşmüşdü.

“Qafqazinfo” xəbər verir ki, 1970-ci il təvəllüdlü Eyvaz Əmrahov Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Nizami rayonunda, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında skamyada yatarkən aşkarlanıb.

O bildirib ki, 14 il əvvəl qayınatası Qədir Abbasovu qətlə yetirib, buna görə həbsdən çıxdıqdan sonra kəndə qayıtmağa üzü olmayıb və parklarda gecələmək qərarına gəlib.

E.Əmrahov ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ağcabədi rayon sakini İntizam Əmrahov 102 xidmətinə müraciət edərək bildirib ki, əmisi, 1970-ci il təvəllüdlü Eyvaz Əmrahov iyulun 15-də Xəzər rayonunda yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra itkin düşüb.

Bildirilib ki, E.Əmrahov 2007-ci ildə həbs edilib və iyulun 15-də 14 illik cəzasını başa vurduğu üçün azadlığa buraxılıb.

Ağcabədi rayonunun Aran kənd sakini Eyvaz Əmrahov 2007-ci ildə ailə-məişət zəminində Cəbrayıl rayon sakinləri Qədir Abbasov və Fərəc Qurbanovu bıçaqlayıb. Nəticədə xəsarət almış Q.Abbasov xəstəxanada ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul edib

Sonrakı məqalə

Ermənistan Kəlbəcərdəki mövqelərimizi qumbaraatanlardan atəşə tutub –