Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

SSRİ-nin dağılacağını 1944-cü ildə kim deyib? – Vanqanın “Krım ora birləşəcək” mesajı –

User 01 Fevral 2026 - 12:00 (Last updated: 01 Fevral 2026 - 11:46)
Kennedi

Kennedi

Ta qədimdən insanlar gələcəyin onlara nələr gətirəcəyi ilə yaxından maraqlanıblar. Olacaqları öncədən bilmək sadə insandan tutmuş, taxt-tac və yüksək kürsü sahiblərinə qədər bir çoxlarına cəlbedici görünüb.

Bəşər övladı marağına təslim olaraq bəzən münəccimlərin, bəzən də kahinlərin vasitəsilə gələcəkdən xəbər tutub, ən müxtəlif öncəgörmələrə qulaq şahidliyi edib. Sonralar bu öncəgörmələr elmi və bədii əsərlərə də yol tapıb. Bu dəfə yazarların və elm adamlarının qələmi ilə. Qəribə də olsa, bu öncəgörmələr və proqnozlar arasında yazılış tarixindən illər sonra gerçəkləşənləri də olub.

AzPost onlardan bəziləri ilə oxucuları tanış edir:

Fürerin gəlişi

Məşhur fransız görücü və münəccim Mişel Nostradamus Hitler haqqında hələ 16-cı əsrdə yazırdı: “Qərbi Avropanın dərinliklərində yoxsul ailədə bir körpə doğulacaq. Sözləri ilə böyük bir kütləni aldadacaq, şöhrəti Şərq krallığına qədər yayılacaq”.

Nostradamusun yazılarını tədqiq edənlər söhbətin Adolf Hitlerdən getdiyini deyirlər. Adolf 1889-cu ildə Avstriyada orta səviyyəli bir ailədə dünyaya gəlib. Hakimiyyətə gəlişində natiqlik qabiliyyətinin böyük rolu olub.  Nostradamusun bəhs etdiyi “Şərq Krallığı”na gəlincə, ehtimal edilir ki, söhbət, İkinci Dünya müharibəsi illərində Almaniya və İtaliyanın müttəfiqi olmuş Yaponiyandan gedir.

Yatmış peyğəmbər və kommunizmin süqutu

Amerikalı medyum Edqar Keysiyə “yatmış peyğəmbər” deyirmişlər. O, öz proqnozlarını yuxuda ikən verirmiş. Keysinin proqnozları dəqiqliyi ilə seçilirdi. O, birinci və ikinci dünya müharibələrinin başlama və bitmə tarixlərini söyləmiş, almanların Kurskda sovet qoşunları tərəfindən məğlubiyyətini və savaşın SSRİ-nin qələbəsi ilə başa çatacağını öncədən bəyan etmişdi.

1944-cü ildə isə Edqar Keysi proqnozlaşdırmışdı ki, 20-ci əsr başa çatmadan kommunizm süqut edəcək. Keysinin dediyi kimi də olmuşdu…

Atom bombası və “soyuq müharibə”

Gerbert Uelsin elmi-fantastik kitablarında atom bombasından onun meydana çıxmasından illər əvvəl bəhs olunmuşdu. Məsələn, 1914-cü ildə işıq üzü görə “Dünya azad oldu” romanında sonsuzadək partlaya bilən uran əsaslı əl qumbarasından bəhs olunurdu. “Gələcəyin siması”nda isə (1933) 1939-cu ildə başlamış İkinci Dünya müharibəsi təsvir edilirdi.

Fantastika janrında yazan amerikalı yazıçısı Robert Haynlaynın 1940-cı ildə nəşr olunan “Faydasız həll” hekayəsinin süjeti belədir – ABŞ dünyada ilk dəfə nüvə silahı yaradır və digər ölkələri də buna sövq edir. Maraqlıdır ki, əsər kütləvi qırğın üçün nəzərdə tutulan nüvə silahı ideyası yaranmamışdan xeyli əvvəl yazılsa da, orada həm “silahlanma yarışı”na, həm də ABŞ və SSRİ arasında soyuq müharibəyə işarələr var.

Kennedilərin ölümü

1956-cı ildə “Parade Magazine” jurnalında məşhur amerikalı görücü Cin Diksonun bir məqaləsi dərc olunur. Məqalədə 1960-cı ildə bir demokratın ABŞ seçkilərində qalib gələcəyi və sonra öldürüləcəyi iddia edilir. Seçkidə qələbəni həqiqətən də Demokratlar Partiyasının nümayəndəsi Con Kennedi qazanır. 22 noyabr 1963-cü ildə isə Kenedi Dallasda güllələnərək öldürülür.

Dikson Con Kennedinin qardaşı senator Robert Kennedinin də ölümünü əvvəldən görə bilmişdi. R.Kennedi 4 iyun 1968-ci ildə prezidentlik kampaniyası çərçivəsində Los-Ancelesdəki “Ambassador” otelində çıxışı zamanı fələstinli qaçqın tərəfindən qətlə yetirilmişdi.

1985-ci ildə akademik Viktor Qelovani kompüter modelləşdirməsi üsulundan istifadə edərək ölkənin gələcək illər üçün inkişafını proqnozlaşdırdı. Analiz ortaya qoydu ki, SSRİ-nin iki yolu var. Bunlardan biri güclü sənaye və iqtisadi sıçrayış vəd edir, digəri isə süquta gətirib çıxarır. İkinci variant gerçəkləşdi…

1989-cu ildə akademik Anatoli Saxarov demişdi ki, heç bir tədbir görülməsə, ölkə separatizm və dağılma təhlükəsi ilə üzləşəcək. Belə də olmuşdu…

Ukrayna və Krım

Məşhur bolqar görücü Vanqa 1979-cu ildə deyibmiş ki, Krım bir sahildən qopub digər sahilə birləşəcək. Həmin vaxt heç kim bunun nə demək olduğunu başa düşə bilmirdi. Vanqanın öncəgörməsi 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı zamanı gerçəkləşdi.

Vanqanın başqa bir öncəgörməsi “çuxurlar və süni dağlar ölkəsi” haqqında idi. O, bu dövləti böyük təlatümlərin gözlədiyini demişdi: “Bölgənin şərqi yüksələcək, qərbi məhv olacaq. Oxatan ora gələcək, 23 il hökmranlıq edəcək və ondan 23 il əvvəl olan hər şey toza çevriləcək”.

Belə ehtimal edilir ki, Vanqa “çuxurlar və süni dağlar” dedikdə Donbası nəzərdə tutub. Oxatan isə ya “DXR”in keçmiş müdafiə naziri İqor Strelkov, ya da bu astroloji işarə altında doğulmuş biri ola bilər…

AzPost.az

Post navigation

Previous: Azərbaycan parlamentinin güllələnmiş deputatları –
Next: Turqut Özala sui-qəsdin GÖRÜNTÜLƏRİ –

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
İran Ermənistana təbii qaz ixracını artırmaq imkanlarını nəzərdən keçirir. Tehran İrəvanı enerji sahəsində əməkdaşlıq üçün ən əlverişli...
Read more about İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.