17 min erməni Rusiya vətəndaşlığı alıb- 9 ay ərzində

Ermənistanın 17 min vətəndaşı bu ilin yanvar-sentyabr aylarında Rusiya vətəndaşlığı alıb.

“İzvestiya”ya xəbər verir ki, məlumatı Rusiya Statistika Komitəsi və Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında 285 min nəfərə Rusiya pasportu verilib. Bu, 2018-ci ilin uyğun dövrü ilə müqayisədə 48 faiz çoxdur.

Rusiya vətəndaşlığı verilənlər arasında Ukrayna vətəndaşları 146 min pasportla liderlik edir. Qazaxıstanın 35 min, Tacikistanın 30 min, Özbəkistanın 14 min, Moldovanın isə 11,5 min vətəndaşına Rusiya pasportu verilib(report).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda 2 qanun ləğv edilir

Sonrakı məqalə

Dram Teatrında aktrisa ilə direktor arasında qalmaqal