Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Hadisə

17 yaşlı kriketçi top zərbəsindən sonra vəfat etdi

Orkhan Ali 31 Oktyabr 2025 - 12:17 (Last updated: 31 Oktyabr 2025 - 08:19)
1

Avstraliyada gənc idmançı, 17 yaşlı kriket oyunçusu Ben Ostin məşq zamanı aldığı ağır zədədən sonra dünyasını dəyişib. AzPost The Guardian nəşrinə istinadla xəbər verir ki, faciə Melburn şəhəri yaxınlığındakı Ferntree Gully klubunun məşq meydançasında baş verib.

Məlumata görə, gənc oyunçu məşq zamanı topu geri qaytarmaq istərkən, top onun boyun nahiyəsinə dəyib. Hadisədən dərhal sonra Ostin ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və süni nəfəs aparatına qoşulub. Lakin həkimlərin səylərinə baxmayaraq, o, ertəsi gün həyatını itirib.

Ferntree Gully kriket klubunun rəhbərliyi baş verən hadisəni “dərin faciə” adlandırıb. Klub prezidenti Arni Volters bildirib ki, Ben Ostin istedadlı, çalışqan və həmyaşıdları arasında sevilən bir oyunçu olub:
“Bu itkini təsvir etmək çətindir. O, çox ümidverici gənc idi. İdman cəmiyyətimiz üçün böyük bir boşluq yarandı.”

Klubun məlumatına görə, hadisə baş verən anda oyunçu qoruyucu dəbilqə geyinmiş olsa da, boyun hissəsini örtən xüsusi qoruyucu yaxalıqdan istifadə etməyib.

Qeyd edək ki, oxşar hadisə 2014-cü ildə də baş vermişdi – o zaman Avstraliya yığmasının 25 yaşlı oyunçusu Fil Hyuz topun başına dəyməsi nəticəsində vəfat etmişdi.

Ben Ostinin ailəsinə və yaxınlarına başsağlığı verilib, ölkə idman ictimaiyyəti onun xatirəsini ehtiramla yad edir.

AzPost.az

Post navigation

Previous: Çində yeni pilotsuz helikopterin sınaq uçuşu olub
Next: Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı azad edilib

Oxşar xəbərlər

yangin
  • Hadisə

Bakıda restoranda yanğın olub – VİDEO

Orkhan Ali 21 Oktyabr 2026 - 09:53
MOTOXULİQANLIQ
  • Hadisə

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb

User 08 Oktyabr 2026 - 15:55
  • Hadisə

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

User 18 Sentyabr 2026 - 12:23

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.