175 vakant məmur vəzifəsi müsabiqəyə çıxarılıb –DİM

Mayın 24-də elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elan üzrə 22 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 175 vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1830 namizədlə 2613 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Qəbələ “Asan xidmət” Mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektoru, böyük məsləhətçi (1 vakant yer üzrə 229 namizəd), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Komitənin regional orqanları və yerli bölmələri, Şuşa şəhəri, aparıcı məsləhətçi (1 vakant yer üzrə 205 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin 6 iyul – 24 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində namizəd adını seçib, açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmalıdır.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Avtobuslar avqustun 1-dək şənbə və bazar günləri işləməyəcək –