190 manat ödəmə ilə bağlı müraciət edən hər kəsə cavab göndəriləcək –NAZİRLİK

“Birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına müraciətlərin qəbulu dayandırılsa da, edilmiş müraciətlərə baxılması və cavablandırılması prosesi hazırda davam edir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Faziı Talıbov bildirib.
F.Talıbov bildirib ki, ona görə kimsə müraciətinə hələ cavab verilməməsinə görə narahat olmasın: “Müraciətlər nə qədər çox olsa belə, ən sonuncusuna qədər  SMS cavab göndəriləcək. Bu günədək artıq 400 min nəfər üçün birdəfəlik vəsait köçürülüb.
Hazırda baxılan müraciətlər əsasında da daha 200 min nəfər üçün bu ödənişlər təmin olunacaq”.
Onun sözlərinə görə, ünvanlılıq prinsipi üstün tutulmaqla, işsiz kmi qeydiyyata alınmış şəxslər arasından həqiqətən heç bir yerdən qazancı olmayan, imkansız şəxslərə bu vəsaitlər ödəniləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DTX İsmayıllı şəhər icra nümayəndəsini belə həbs etdi –

Sonrakı məqalə

Bu gün Azərbaycanda koronavirusla bağlı test edilənlərin sayı açıqlanıb