Çörçill 1945-ci ildə SSRİ ilə müharibəyə hazırlıq üçün göstəriş verib –Arxivdən məxfi plan üzə çıxdı

1945-ci ilin mayında, ikinci dünya müharibəsində Almaniyanın məğlubiyyətindən sonra Britaniya SSRİ-yə qarşı hərbi əməliyyatın planını işləyib hazırlayıb.

Azpost.info bildirir ki, Britaniyanın “The Telegraph” qəzeti Milli Arxivin sənədlərinə istinadən məlumat yayıb.

CAB 120/691 saylı sənəddə deyilir ki, Berlinin alınmasından bir neçə gün sonra İngiltərənin Baş naziri Uniston Çörçill Baş qərargaha  “Ağlagəlməz” (Operation «Unthinkable») adlandırılan hərbi əməliyyat planının hazırlanmasına göstəriş verib. Plana görə, müttəfiqlər Almaniya ilə təslimolma aktının imzalanmasından iki ay sonra SSRİ-nin tutduğu ərazilərin dərinliklərinə hucuma başlamalı idilər.

Qəzeti bildirir ki, SSRİ-yə ABŞ və Britaniya imperiyasının iradəsini yeritmək istəyiblər. SSRİ-yə hucuma Kral artilleriyasının sabiq komandanı və briqada generalı Cefri Tompson rəhbərlik etməli idi. Hərbi əməliyyat 1 iyul 1945-ci ildə başlanmalı idi.

Britaniya və amerikalı hərbçilər Qırmızı Ordunu Oder və Neyse çaylarından arxaya “itələməyi” planlaşdırırdılar. Onlar həmçinin həlledici döyüş üçün Kursk qövsündə olduğu kimi böyük tank döyüşünu hazırlamışdılar.

Tompson Çerçillə bildirib ki, sovet ordusu üzərində qələbə üçün əlavə qüvvələrə ehtiyac var. O, hərbi əməliyyata faşist Almaniyasının ordusunun və SS hissələrinin cəlb olunmasını təklif edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kəlbəcərdən Ermənistan ərazisinə atəş açılmayıb –

Sonrakı məqalə

Ağ Ev Baydenlə Putinin müzakirə edəcəyi məsələləri açıqlayıb