Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

2 min il əvvəl Romada istifadə olunan “isti döşəmə” sistemi

Orkhan Ali 25 Noyabr 2025 - 09:49 (Last updated: 25 Noyabr 2025 - 09:49)
1

Tarixə nəzər saldıqda antik Roma imperiyasının memarlıq və mühəndislik sahəsində nə qədər irəli getdiyini bir daha görmək olur. AzPost xəbər verir ki, araşdırmalara görə, romalılar təxminən 2 min il əvvəl müasir dövrün “isti döşəmə” sistemi ilə müqayisə oluna biləcək son dərəcə inkişaf etmiş bir isitmə texnologiyasından istifadə ediblər. Bu sistem “hipokost” adlanırdı və həm ümumi hamamlarda, həm də varlı ailələrin villalarında geniş tətbiq olunurdu.

Hipokostun işləmə prinsipi olduqca maraqlı idi: binanın kənarında yerləşən iri soba böyük miqdarda istilik yaradır, həmin isti hava isə sütunlar üzərində qaldırılmış döşəmənin altına yönəldilirdi. Altdan yuxarı qalxan isti hava döşəməni vahid şəkildə qızdırır, beləliklə otaqda rahat istilik yayılırdı.

Zəngin hamamlarda texnologiya daha da təkmilləşdirilmişdi. Divarların içinə boş keramik plitələr yerləşdirilir, bu plitələrdən keçən isti hava divarları da qızdıraraq tam bir “ikinci isinmə dövrəsi” yaradırdı. Beləliklə, otağın təkcə döşəməsi deyil, bütün səthi bərabər şəkildə isinə bilirdi.

Bu yenilik hər nə qədər dahiyanə görünsə də, romalıların sıfırdan icadı deyildi. Onlar daha əvvəl antik Yunanıstanda mövcud olan sistemləri təkmilləşdirərək mühəndislik cəhətdən mükəmməl vəziyyətə gətirmişdilər. Hətta Roma mühəndisi Vitruvius eramızdan əvvəl I əsrdə hipokostların necə qurulmalı və hansı şəkildə daha səmərəli işləməli olduğunu izah edən geniş təlimat kitabı belə yazmışdı.

Əlbəttə, belə bir lüksün müəyyən qiyməti var idi. Hipokost sisteminin daim işlək olması üçün soba fasiləsiz şəkildə odunla təmin edilməli, eyni zamanda gündə 24 saat işçi qüvvəsi tələb olunurdu. Bu səbəbdən sistem yalnız dövlət hamamlarında və varlı romalıların evlərində tətbiq oluna bilirdi. Sadə insanların evlərində hipokostdan istifadə etmək iqtisadi cəhətdən mümkün deyildi.

Bununla belə, sistem o qədər möhkəm və effektiv qurulmuşdu ki, bu gün də onun qalıqlarına İngiltərədəki qədim Roma qalalarında, Pompeyin xarabalıqlarında və Avropanın bir çox tarixi ərazilərində rast gəlinir. Arxeoloqlar hipokost strukturlarının mövcudluğunu Roma sivilizasiyasının mühəndislik bacarığının ən parlaq nümunələrindən biri hesab edirlər.

Roma imperiyasının süqutundan sonra bu texnologiya tədricən unuduldu və geniş miqyasda istifadə olunmadı. Yalnız müasir dövrdə “isti döşəmə” sistemləri yenidən populyarlaşaraq antik romalıların əsrlər əvvəl qurduğu ideyanı yeni formada həyata keçirmiş oldu.

AzPost.az

Post navigation

Previous: 12 min ildən sonra ilk dəfə püskürən vulkan
Next: Pakistan və Əfqanıstan arasında gərginlik artır

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

pattenson
  • Şou Biznes

Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib

User 16 Noyabr 2026 - 14:49
Robert Pattinson növbəti Ceyms Bond roluna namizədlər arasında gözlənilmədən ön plana çıxıb. Amerikanın Puck nəşrinin məlumatına görə,...
Read more about Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib
Azərbaycan, Ermənistan və Türkiyə eyni müzakirədə – Rumıniyadan təşəbbüs rumin xin bascisi
  • Dünya

Azərbaycan, Ermənistan və Türkiyə eyni müzakirədə – Rumıniyadan təşəbbüs

User 16 Noyabr 2026 - 14:31
Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək herbci ermeni esir
  • Sosial

Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək

User 16 Noyabr 2026 - 13:59
Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır tramp elcek
  • Dünya

Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır

User 16 Noyabr 2026 - 13:55
Xəzər sahilində torpaqlara nəzarət gücləndirilir – 40 yeni ştat yaradıldı / FƏRMAN deniz erzai
  • Baş Yazı

Xəzər sahilində torpaqlara nəzarət gücləndirilir – 40 yeni ştat yaradıldı / FƏRMAN

User 16 Noyabr 2026 - 13:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.