“20 regional TSEK yaradılıb” –

Nazir müavini
18 İyun 2021 - 18:21

“Əlilliyin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə struktur dəyişiklikləri aparılıb və müxtəlif xəstəliklər üzrə yeni 5 ixtisaslaşdırılmış TSEK, 20 regional TSEK yaradılıb”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir müavini bildirib ki, əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş əməkdaşlar barəsində intizam tənbeh tədbirləri görülüb: “88 saylı forma üzrə göndərişlərdə saxtalaşdırma faktları aşkarlandığına görə 266 nəfərə dair məlumatlar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib”.