“20 Yanvar” metrosu yaxınlığında ərazidə yanğın söndürülüb –

YENİLƏNİB VİDEO
29 May 2021 - 16:10

Bakı şəhərinin Nəsimi rayonunda (“20 Yanvar” metrostansiyasına yaxın ərazi) hasara alınmış ərazidə təqribən 1 ha sahədə quru ot və 1 ədəd plastik zibil qutusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı ağaclar və digər zibil qutuları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

**

“20 Yanvar” metrostansiyasının ərazisində yanğın başlanıb. 

Azpost.info bildirir ki, bu barədə jurnalist Səbuhi Rəhimli videogörüntülər paylaşıb.

Əraziyə yanğınsöndürən maşını gəlib.