“20 Yanvar” metrosu yaxınlığında ərazidə yanğın söndürülüb –YENİLƏNİB VİDEO

Bakı şəhərinin Nəsimi rayonunda (“20 Yanvar” metrostansiyasına yaxın ərazi) hasara alınmış ərazidə təqribən 1 ha sahədə quru ot və 1 ədəd plastik zibil qutusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı ağaclar və digər zibil qutuları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

**

“20 Yanvar” metrostansiyasının ərazisində yanğın başlanıb. 

Azpost.info bildirir ki, bu barədə jurnalist Səbuhi Rəhimli videogörüntülər paylaşıb.

Əraziyə yanğınsöndürən maşını gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılıb –

Sonrakı məqalə

Rusiya sülhməramlıları Ermənistan-Azərbaycan sərhədinə gəlib